Bəşər Əsəd tarixi açıqladı — "15 ilə ehtiyacımız var"
Bəşər Əsəd Dəməşqə səfər edən rusiyalı vəkillər heyətini qəbul edib.
“Ölkə.Az” xəbər verir ki, görüş zamanı o, Suriyanın bombalanması başda olmaqla son zamanlarda baş verən hadisələrdən danışıb.
Vəkillərdən Dmitri Sablinin görüşdən sonra verdiyi açıqlamaya görə, Əsəd ABŞ-ın təcavüzkarlığını gördüklərini qeyd edib.
“1970-ci illərdə istehsal edilən raketlərlə bu təcavüzkarlığın qarşısını aldıq. 90-cı illərdən başlayaraq amerikan filmlərində Rusiya istehsalı olan silahlar geri qalmış kimi göstərilir. Bu gün kimin silahının geri qalmış olduğunu görürük. İnfrastrukturun yenidən yaradılması çox önəmli bir məsələdir. Bu, təxminən 400 milyard dollar xərc tələb edir. Bunun üçün 10-15 ilə ehtiyacımız olacaq”, - deyə Bəşər Əsəd vurğulayıb.
Mənbə:> Ölkə.Az