Rusiya səfiri ABŞ zərbələrinin cavabsız qalmayacağını bəyan etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Rusiya səfiri ABŞ zərbələrinin cavabsız qalmayacağını bəyan etdi

Rusiya səfiri ABŞ zərbələrinin cavabsız qalmayacağını bəyan etdi


Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bəyan edib ki, ABŞ, Böyük Britaniya və Fransanın zərbələri nəticəsiz qalmayacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə Antonovun səfirliyin Facebook hesabında dərc olunmuş bəyanatında bildirilir.

“Ən pis gözləntilər özünü doğrultdu. Bizim xəbərdarlıqlarımız diqqətdən kənarda qaldı. Əvvəlcədən hazırlanmış ssenari həyata keçirilib. Və bizi yenə təhdid edirlər. Biz xəbərdar etmişdik ki, belə hərəkətlər nəticəsiz qalmayacaq”, - deyə, məlumatda qeyd olunur.

Antonovun sözlərinə görə, bütün məsuliyyət Vaşinqton, London və Parisin üzərindədir.

“Rusiya prezidentinin təhqir olunması yolverilməz və qəbuledilməzdir. ABŞ - ən böyük kimyəvi silah arsenalının sahibi – digər ölkələri ittiham etmək üçün heç bir mənəvi hüquqa malik deyil”, - deyə, diplomat bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *