Konqres ABŞ-ın Suriyaya zərbəsini müzakirəyə çıxarmayacaq TRAMPIN KİFAYƏT QƏDƏR SƏLAHİYYƏTİ VAR
ABŞ Konqresi Suriyaya zərbə endirilməsi ilə bağlı məsələni müzakirə etməyəcək. Parlament nümayəndələrinin fikrincə, Trampın və onun administrasiyasının bu qərarı qəbul etçək üçün kifayət qədər səlahiyyətləri var.
Virtualaz.org “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar senator Bob Korker deyib: “Düşünürəm ki, “nöqtəvi” zərbə vurmaq üçün onların (Trampın və administrasiyasının - red.) kifayət qədər səlahiyyəti var”.
Konqresmen Coan Şain də həmkarını dəstəkləyib və qeyd edib ki, Trampın bunu etmək üçün hakimiyyəti var.
Xatırladaq ki, məhz Konqres 2013-cü ildə Barak Obamaya Suriya hakimiyyətinə qarşı hərəkətlərə qadağa qoymuşdu. O vaxt da Amerika Bəşər Əsəd hökumətini kimyəvi silahların tətbiqində ittiham etmişdi.
Mənbə:> Virtualaz.org