Putin: Bizdən başqa heç kim Trampın qələbəsinə inanmırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Putin: Bizdən başqa heç kim Trampın qələbəsinə inanmırdı

Putin: Bizdən başqa heç kim Trampın qələbəsinə inanmırdı

Vladimir Putin ABŞ-da seçkiqabağı kampaniya zamanı Donald Trampın qələbəsinə inandığını deyib. Ölkə prezidentinin fikrincə, milyardçı “cəmiyyətin əhvalını” anladığı üçün qalib olub.

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı bəyan edib ki, o, milyardçı Trampın qələbəsinə inanırdı.

Oxu.Az xəbər verir ki, tədbirin yayımını “Rossiya-24” telekanalı aparır.

“Bizdən başqa heç kim onun (Trampın) qələbəsinə inanmırdı”, - dövlət başçısı deyib.

Putin Trampın qələbəsini respublikaçıların namizədinin ABŞ vətəndaşlarının, cəmiyyətin əhvalını anladığı və bu paradiqmada işləyərək sona qədər getdiyi üçün qələbə çaldığını bildirib.

Bundan başqa, dövlət başçısı dekabrın 16-da ABŞ prezidenti Barak Obamanın mətbuat konfransı zamanı verdiyi bəyanatı ilə əlaqədar fikir də bildirib. Belə ki, B.Obama konfrans zamanı sabiq ABŞ prezidenti Ronald Reyqanın əgər resbublikaçıların üçdə birinin Putinin görüşlərini bölüşdüyüni bilsəydi, “tabutunda dönərdi” demişdi. Putin isə bildirib ki, əksinə Reyqan onun partiyasının nümayəndələrinin hər yerdə qalib gəldiyini bilsəydi sevinərdi.

Putin həmçinin əlavə edib ki, o, ABŞ-ın yeni seçilmiş prezienti və demokratik partiyanın liderləri ilə konstruktiv və işgüzar əlaqələr qurmaq istərdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *