ABŞ Rusiyaya borc almağı da qadağan edəcək
ABŞ Konqresi Rusiyanın dövlət borcuna və dövlət banklarına qarşı sanksiyalar paketi hazırlayır.
“Lenta.ru” xəbər verir ki, qanun layihəsi qəbul edilərsə, amerikalı fiziki və hüquqi şəxslərə Rusiyanın borc öhdəliklərini və istiqrazlarını almaq qadağan ediləcək.
Sanksiyalar Rusiya Mərkəzi Bankı, Maliyyə Nazirliyi və Milli Rifah Fondu tərəfindən buraxılmış və dövriyyə müddəti 14 gündən artıq olan qiymətli kağızlara şamil ediləcək.
Həmçinin “Sberbank”, VTB, “Qazprombank”, “Bank Moskvı”, “Rosselxozbank”, “Promsvyazbank” və “Vneşekonomnbank”ın istiqrazlarını almaq qadağan ediləcək. Bu dövlət bankları ilə istənilən əməliyyatlara qadağa qoyulacaq.
Mənbə:> Lenta.ru