"Türkiyədə qoyun, Avropada dana saxalayana yardım edilir, bizdə isə uşaq saxlayana..." - Debatda deyişmə
İctimai Televiziyada prezidentliyə namizədlərin sonuncu debatı maraqlı məqamlarla yadda qalıb.
Mia.az xəbər verir ki, debatında namizədlərdən biri Sərdar Cəlaloğlu ilə prezidentliyə namizəd İlham Əliyevin vəkili Əli Əhmədov arasında sual-cavab olub.
Sərdar Cəlaloğlu çıxışında belə deyib: "Türkiyədə 300-dən artıq qoyun saxlayan vətəndaşlara hökumət 500 dollar civarında əməkhaqqı müəyyən edib. Avropada qapısında dana saxlayanlara dövlət dana başına 250 avro yardım edir. Azərbaycanda uşaq saxlayan anaya heç nə verilmir".
Əli Əhmədov isə cavabında bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara hökumət tərəfindən kifayət qədər yardım edilir.
S.Cəlaloğlu Ə.Əhmədovun onu düzgün anlamadığını dilə gətirərək, fikrini daha lakonik ifadə edib: "Dediyim odur ki, Türkiyədə qoyun saxlayana, Avropada dana saxalayana yardım edilir, amma Azərbaycanda uşaq saxlayana heç nə vermirsiz".
Mənbə:> Mia.az