Prezident: "Xalqı qarətə son qoyun!"
"Xalqı qarət etməyə son qoyun. Bu xalqın puludur". ANS PRESS-in "Assosiated Press"ə istinadla verdiyi məlumata görə, bunu Paraqvay prezidenti Orasio Kartes deyib.
O, hökumət üzvlərinə müraciət edib.
Prezident Vilya Ayes şəhərində çıxış edib.
Lakin Paraqvayın dövlət başçısı sözlərinin dəqiq kimə ünvanlandığını açıqlamayıb.
O, qeyd edib ki, rəhbərlik korrupsiyaya bulaşmış bütün məmurların "əllərini kəsəcək".
Agentliyin məlumatına görə, Paraqvayda uzun müddətdir ki, rüşvətlə bağlı ciddi problemlər mövcuddur.
Nazirlər Kabinetinin iki üzvü də korrupsiyada ittiham edilir. Onların işi hazırda məhkəmədədir.
Mənbə:> ANSPRESS