"İngiltərə ilə ABŞ "uşaq oyunu" oynayır, bütün qaydaları heçə sayır" - Lavrovdan mesaj
Rusiyanın xarici işlər naziri Sergey lavrov ABŞ və Avropa dövlətləri ilə yaşanan böhranla bağlı yeni açıqlamar verib.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə yaşanan gərginliyin soyuq savaş adlandırılması ilə razılaşmayan Lavrovun sözlərinə görə, o zaman tərəflər arasında heç olmasa bəzi qaydalar olub: "Lakin indi elə vəziyyət yaranıb ki, İngiltərə və ABŞ bütün qaydaları heçə sayır".
Qərb ölkələrinin "uşaq oyunu" oyandıqlarını deyən Lavrov bildirib ki, gərginliyin harada qədər artacağı Rusiyadan aslı deyil: "Bu, onlara bağlı məsələdir. Məncə, Skripalin zəhərlənməsi Brexit prosesi ilə bağlı öz vətəndaşlarına verdiyi sözü tuta bilməyən İngiltərənin özünə lazım idi. Onlar bununla diqqəti başqa istiqamətə çəkməklə, vəziyyətdən çıxmağa çalışırlar".
Mənbə:> Mia.az