Moskvadan Vaşinqtona cavab: “Bu hələ son deyil” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Moskvadan Vaşinqtona cavab: “Bu hələ son deyil”

Moskvadan Vaşinqtona cavab: “Bu hələ son deyil”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ tərəfindən diplomatik qarşıdurmaya qarşı cavab addımları atılacaq.

Trend-in məlumatına görə, Lavrov cavab addımlarının eyni ölçülü olacağını deyib.

"Çıxarılan rus diplomatlarının sayı qədər buradan xarici diplomat çıxarılacaq", - Lavrov bildirib.

Qeyd edək ki, Rusiya ölkədən 60 xarici diplomatı çıxarır, onlar ölkə ərazisini aprelin 5-ə qədər tərk etməlidirlər.

Bundan başqa, ABŞ-ın Sankt-Peterburq şəhərindəki baş konsulluğu bağlanacaq.

Xatırladaq ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *