Erməni xüsusi xidmət orqanlarının genişmiqyaslı diversiyası
Sosial şəbəkədə profilləri bloklanan Azərbaycan bloqerlərinin və KİV baş redaktorlarının sayı artmaqda davam edir.
Virtualaz.org-a məlum olub ki, bloqer Həmid Həmidovun, "Minval" saytının baş redaktoru Emil Mustafayevin, jurnalistlər Qafqaz Ömərovun, Şəlalə Həsənovanın, Yana Mədətovanın, hüquq müdafiəçisi Eldar Zeynalovun da profilləri bloklanıb.
Bundan əvvəl virtualaz.org və haqqin.az informasiya-analitik portallarının baş redaktoru Eynulla Fatullayevin, oxu.az-ın baş redaktoru Elvin Şirinovun, armiya.az-ın baş redaktoru Bəhram Batıyevin, tanınmış jurnalistlər Kənan Quluzadənin, Şahin Rzayevin və başqalarının profillərinin bloklandığını bildirmişdik.
Səbəb praktik olaraq bütün banların çoxillik köhnə, zərərsiz postları olub, hansılar ki, gözlənilmədən böyük miqdarda şikayət yığmağa başlayıblar.
Virtualaz.org bir az əvvəlki şərhində qeyd etmişdi ki, böyük ehtimalla botnet-dən yararlanmaqla yayılan sxemdən istifadə edilib. Həmin sxemlə, istifadəçinin təsadüfən seçilmiş postuna botların köməyi ilə böyük miqdarda şikayətlər göndərilir. İstifadəçilərin sayı həddən artıq çox olduğuna görə, Facebook-da şikayətlərə baxılması sistemi avtomatlaşdırılıb. Proqram bu və ya digər posta göndərilmiş böyük miqdarda eyni şikayəti görür, onu avtomatik uzaqlaşdırır və müəllifi uzunmüddətli ban edir.
Bu halda, apellyasiya vermək cəhdləri praktik olaraq mənasızdır, çünki moderatorlar onlara həmişə baxmır. Bu tip şəbəkə hücumundan, məsələn, Rusiya-Ukrayna münaqişəsi zamanı geniş istifadə edilmişdi...
Bu fərziyyələr öz təsdiqini tapmağa başlayıb. Belə ki, Azərbaycan jurnalistlərindən biri ilə şəxsi söhbətdə erməni bloqerləri təsdiq ediblər ki, Azərbaycan bloqerlərinin profillərinin kütləvi bloklanmasının arxasında erməni xüsusi xidmət orqanları durur. O da qeyd olunub ki, daha əvvəl oxşar formada böyük sayda erməni bloqerlərinin də profilləri bloklanıbmış.
Mənbə:> Virtualaz.org