Azərbaycandan Gürcüstana keçirilən böyük miqdarda brilyant tutuldu » AzNews.info -Xəbər portalı

Azərbaycandan Gürcüstana keçirilən böyük miqdarda brilyant tutuldu – VİDEO

Azərbaycandan Gürcüstana keçirilən böyük miqdarda brilyant tutuldu

Azərbaycan ərazisindən Gürcüstana keçirilən böyük miqdarda brilyant qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb. Məlumata görə noyabrın 23-də şübhəli şəxs qismində saxlanılanlar Azərbaycan-Gürcüstan sərhədini “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən keçiblər. Onlar özləriylə 557 ədəd brilyantı sərhəddən keçirməyə nail olublar. Brilyant şübhəlilərin pul kisəsindəki xüsusi saxlanc yerində və paltarlarında gizlədilib. Lakin gürcü gömrükçüləri onları saxlayıb. Faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları göstərilmir.

Xatırladaq ki, 2 il əvvəl Azərbaycandan keçirilən, maye halda 3 ton heroin Gürcüstan gömrükçüləri tərəfindən saxlanılmışdı. Yükün əfqan mənşəli olduğu, İran üzərindən Azərbaycana, oradan isə Avropaya daşınmaq üçün Gürcüstana keçirildiyi məlum olmuşdu.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *