İlham Əliyev: "Qarabağ münaqişəsinin həllində İran daim Azərbaycanı dəstəkləyir"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir".
Bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani mətbuata birgə bəyanatı zamanı deyib.
"Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır", - deyə o bildirib.
Mənbə:> Virtualaz.org