İlham Əliyev: Ədalət bərpa olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İlham Əliyev: Ədalət bərpa olunacaq

İlham Əliyev: Ədalət bərpa olunacaq


Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir. Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var.

Biz bu dəstəyi görürük, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edərkən bildirib.

Prezident qeyd edib ki, BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir.

“İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etmişdir. Bu dəstəyə görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, bir milyondan çox azərbaycanlı öz doğma torpağından qaçqın və köçkün vəziyyətinə düşmüşdür, xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir.

İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb, yerlə-yeksan edilib. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə-yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır”, - deyə, Azərbaycan dövlətinin başçısı qeyd edib.

İlham Əliyev vurğulayıb ki, Ermənistan isə beynəlxalq hüquq normalarını kobudcasına pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir:

“Ancaq haqq, ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət bərpa olunacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

İlham Əliyev həmçinin ötən dövrdə ölkədə baş verən hadisələrdən də danışıb:

“Keçən bayramdan ötən dövr ərzində ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilmişdir. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib.

Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilmişdir. O, bir memarlıq əsəridir. Dünyanın ən yeni məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni, bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir.

Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək. İki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, bu Oyunlar bütün müsəlman ölkələrini biri-biri ilə daha da sıx birləşdirəcək”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *