Liviyada “Əl-Qaidə”nin liderlərindən biri öldürülüb
ABŞ hərbçiləri Liviyada “Maqrib ölkələrində Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.
RİA “Novosti” xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.
Hava zərbəsi nəticəsində qruplaşmanın iki üzvü, o cümlədən liderlərindən biri Musa Əbu-Daud məhv edilib. Məlumata görə, qruplaşmaya yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan Əbu-Daud bölgədə terror əməliyyatlarına maliyyə və texniki dəstək göstərib.
Mənbə:> Virtualaz.org