Rusiya XİN diplomatların Aİ və NATO ölkələrindən çıxarılması barədə
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin öz ərazilərindən rus doplomatlarının çıxarılması barədə qərarına kəskin narazılıq bildirib.
Gazeta.ru xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Nazirlik bildirib ki, buna düşməncəsinə və Solsberidə baş vermiş hadisədə günahkarların axtarışına və hadisənin səbəblərinin müəyyən edilməsi maraqlarına cavab verməyən addım kimi baxır.
Bəyanatda qeyd edilir ki, bu, həmin ölkələrin Londonla bədnam həmrəyliyidir.
Mənbə:> AzNews.info