ABŞ Ermənistana və Qarabağ separatçılarına 70 milyon dollar ayıracaq
ABŞ Nümayəndələr Palatasının 37 üzvü Konqresin erməni məsələləri üzrə komissiya qrupunun həmsədri Frenk Palonun 2019-cu maliyyə ilində Qarabağ və Ermənistan üçün 70 milyon dollar ayrılmasına dair çağırışına qoşulub.
Azvision.az xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsi məlumat yayıb. Qeyd olunub ki, Frenk Palon və onun tərəfdaşları Qarabağ və Ermənistanın “Sülh və inkişafa” yardım sənədinə dəstək veriblər.
Komitə minadan təmizləmə və əlillərə yardım üçün 6 milyon dollar, sülhə dəstək üçün 4 milyon dollar, Ermənistana isə 30 milyon dollar məbləğində yardım xahiş edib. Ermənistana ayrılacaq yardımın 10 milyonu hərbi yardım kimi, 20 milyon dolları Yaxın Şərqdən gələn qaçqınların qəbul edilməsi üçün nəzərdə tutulub.
Komitə, həmçinin Azərbaycana hərbi yardım göstərməməyi xahiş edib.
Mənbə:> Azvision.az