Azərbaycan Dünya Bankından üç milyon dollar borc aldı
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsi üzrə II layihənin reallaşdırılmasına texniki yardım çərçivəsində 3 milyon dollar ayıracaq.
Aznews.info xəbər verir ki, bu barədə Trend Dünya Bankına istinadәn məlumat verir.
Qeyd olunur ki, müvafiq sazişin imzalanmasından sonra SECO 2,2 milyon dollar təqdim edəcək, 2018-ci il noyabrın 30-na 400 min və 2019-cu il noyabrın 30-na daha bir 400 min dollar ayıracaq.
Bu vəsaitlərin 2021-ci il avqustun sonunadək mənimsəniləcəyi gözlənilir.
Texniki yardım 5 istiqaməti əhatə edir: maliyyə bazarlarına nəzarət, bankların likvidasiyası, sığorta əmanətləri sistemi, istehlakların hüquqlarının müdafiəsi və problemli kreditlər.
Mənbə:> Trend.az