Baş nazir: “Müdafiə sənayesinin inkişafı üçün ayrılan vəsait 13,5 dəfə artırılıb” – YENİLƏNİB
Təəssüflər olsun ki, ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb. Bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır.
Bu fikri Baş nazir Artur Rasi-zadə Milli Məclisin plenar iclasında hökumətin hesabatını təqdim edərkən söyləyib.
Baş nazir bildirib ki, dövlətimizin başçısı hər zaman bu problemi nəzarətdə saxlayır, beynəlxalq tədbirlərdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Ali Baş Komandanımızın rəhbərliyi ilə hərbi gücümüzü durmadan artırırıq, ordumuzu müasir hərbi sursatlarla təmin edirik. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb. (AzərTAc)
***12:12
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir. İclası sədr Oqtay Əsədov açıq elan edib.
İclasda Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinlənilir.
Hesabatı baş nazir Artur Rasizadə təqdim edir.
İclasa Nazirlər Kabinetinin üzvləri də qatılıb.
Mənbə:> Trend