Milli Məclis 2018-ci ilin büdcə zərfini müzakirə edir
Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılıb.
Virtualaz.org-un məlumatına görə, Oqtay Əsədovun sədrlik etdiyi iclasda başda baş nazir Artur Rasizadə olmaqla hökumət nümayəndələri də iştirak edirlər.
İclasda həmçinin, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə ediləcək.
Müzakirələr noyabrın 23-dək davam edəcək.
Mənbə:> virtualaz.org