Tramp keçmiş casusun zəhərlənməsində Rusiyanın iştirakı haqda
ABŞ prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniyanın baş naziri Tereza Meylə danışıqlardan sonra onda belə təəssürat yaranıb ki, keçmiş “QRU” əməkdaşı Serqey Skripala qarşı sui-qəsdin arxasında Rusiya durur.
Virtualaz.org bildirir ki, bu barədə BBC News xəbər yayıb.
"Görünən odur ki, sanki bunun arxasında ruslar dururlar və biz buna çox ciddi yanaşırıq” - Tramp deyib.
ABŞ prezidenti daha sonra əlavə edib ki, onlar Böyük Britaniya hakimiyyəti ilə sıx qarşılıqlı əlaqədədirlər və "elə bir şey baş verib ki, heç bir halda olmamalı idi".
Mənbə:> Virtualaz.org