Polşanın infrastruktur naziri Azərbaycanın əhəmiyyətli rolu haqda
Polşa TransXəzər nəqliyyat dəhlizi layihəsində maraqlıdır.
Bunu virtualaz.org-un müxbirinə Varşavada keçirilən Ukrayna-Avropa forumunun kuluarlarında Polşanın infrastruktur naziri Ancey Adamçik deyib.
"TransXəzər beynəlxalq nəqliyyat marşrutu yalnız Polşa üçün yox, həm də bütün Avropa biznesi üçün daha yaxın və daha cazibədar olur. Azərbaycan, sözsüz, Yeni İpək Yolunun yaradılmasında əhəmiyyətli rol oynadı", - deyə Polşa naziri vurğulayıb.
Xatırladaq ki, TransXəzər beynəlxalq nəqliyyat marşrutu Çindən başlayır və sonra Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə, yaxud da Ukrayna vasitəsilə uzanaraq, Qərbi Avropa ölkələrinə çatır.
Mənbə:> Virtualaz.org