Amerikanın məxfi yükü Azərbaycan ərazisindən keçəcək -Video
Son təyinat nöqtəsi Əfqanıstan olan məxfi Amerika yükü Azərbaycanın ərazisi vasitəsilə daşınacaq.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Əbdülrəhmanovun çıxışından məlum olub.
Maraqlıdır ki, Azərbaycanın rəsmi şəxsləri indiyədək ölkə ərazisi vasitəsilə məxfi Amerika yükünün daşınacağı barədə danışmayıblar.
Kayrat Əbdülrəhmanov bildirib ki, ABŞ bu yükün tranziti ilə bağlı xahişlə Qazaxıstana hələ bir il əvvəl müraciət edib. Ancaq konkret nəyin daşınacağı bildirilmir.
Mənbə:> Virtualaz.org