NATO Rusiya sərhədlərində genişmiqyaslı təlimlər keçirəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

NATO Rusiya sərhədlərində genişmiqyaslı təlimlər keçirəcək

NATO Rusiya sərhədlərində genişmiqyaslı təlimlər keçirəcək


NATO ölkələri Rusiya sərhədlərində irimiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.

RİA Novosti bildirir ki, bunu ABŞ dəniz piyadaları korpusunun komandanı, general Robert Neller deyib.

Təlimlərdə 45 minə yaxın hərbçinin iştirak edəcəyi bildirilir.

“Bu payız, oktyabr ayında NATO-nun böyük təlimi keçiriləcək. Yəqin ki, bu amfibiyaların iştirakı ilə hələ soyuq müharibənin pik dönəmlərində “Üçbaşlı əsanın birləşməsi” adı altında keçirilən təlimlərdən bəri ən irimiqyaslı hərbi təlimlər olacaq”, - deyə ABŞ generalı bildirib.

Onun sözlərinə görə, Norveç sahillərində keçiriləcək hərbi manevrlərə onlarla döyüş gəmisi və hərbi təyyarənin cəlb olunacağı bildirilir.

Amerikalı general "müharibə oyunlarının" konkret olaraq hansı yerdə keçirləcəyini bildirməsə də, Rusiya sərhədi yaxınlığında olacağına eyham vurub.

“Rusiya Federasiyası tərəfdən demarşların olacağına əminəm. Ancaq hesab edirəm ki, bu ABŞ strategiyasının ciddiliyini göstərir, bizim NATO müttəfiqlərimiz isə öz müdafiələri üçün bizi Avropada görmək istəyirlər”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *