Ermənistandan növbəti təxribat: 3-cü yol inşa edilir
Ermənistan qanunsuz olaraq işğal altında olan Qarabağa, 3-cü Kəlbəcər-Norabak-Zod yolunun inşasına hazırlıq işlərinə başlayıb.
Femida.az xəbər verir ki, məlumatda Kəlbəcər şəhərindən Qeğarkunik vilayətinin Zod kəndinə çatmaqla, əsas ana yola birləşmək üçün 26 km uzunluğunda yolun inşa ediləcəyi bildirilir.
Yolun inşası işlərinin 2018-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Ermənistan 2017-ci ilin sentyabr ayında işğal altında olan Qarabağa 2-ci Vardenis-Ağdərə yolunu çəkib.
Mənbə:> Femida.az