Rusiya prezidentliyinə namizəd Krıma getmək üçün Ukraynadan icazə istəyib
“Vətəndaş təşəbbüsü” partiyasından Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak Ukrayna səfirliyinə müraciət edərək, Krıma getmək üçün icazə istəyib.
Virtualaz.org xəbər verir ki, bu barədə Sobçak özü “Exo Moskvı” radiosunun efirində bildirib.
“Ukrayna səfirliyinə məktub yollamışam, cavab gözləyirik. Krıma gedəcəyəmsə, bunu yalnız Ukrayna ərazisindən keçməklə edəcəyəm. Hesab edirəm ki, bu doğru qərardır”, - prezidentliyə namizəd deyib.
Mənbə:> Virtualaz.org