Krıma səfər edən avropalı deputatların Ukraynaya girişinə qadağa qoyulub » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Krıma səfər edən avropalı deputatların Ukraynaya girişinə qadağa qoyulub

Krıma səfər edən avropalı deputatların Ukraynaya girişinə qadağa qoyulub


Ukrayna Təhlükəsizlik Xidməti martın 19-da Krıma üçgünlük səfər edən Avropa ölkələrinin 4 deputatına qarşı sanksiya tətbiq edib.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Yelena Qitlyanskaya bildirib.

Y.Qitlyanskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Krıma qanunsuz səfər edən Serbiya və Çexiya vətəndaşlarının 5 il ərzində Ukraynaya girişinə qadağa qoyulub.

Qeyd edək ki, martın 19-da Rusiyanın hakim Ədalətli Rusiya Partiyası Böyük Britaniya, Çexiya, Serbiya və Monteneqro, o cümlədən Qırğızıstan və Braziliya parlamentlərinin bir neçə deputatının Krıma səfərini təşkil edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *