Almaniya Azərbaycanın zamini oldu » AzNews.info -Xəbər portalı

Almaniya Azərbaycanın zamini oldu

Almaniya Azərbaycanın zamini oldu

Azərbaycandan qaz təchizatının təminatı üçün Almaniya hökuməti Azərbaycan dövlət müəssisəsinin alman bankından alacağı iri məbləğdə kreditə zəmanət vermək niyyətindədir.

Virtualaz.org Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə AFR Maliyyə Nazirliyinin parlament stats-katibi Yens Şpanın Bundestaqın büdcə komitəsinin sədri Peter Böringerə ünvanlandığı məktubda deyilir.

Borcun məbləği 1,5 milyard dollar təşkil edir.

“Bu qaz təchizatı Avropanın və Almaniyanın qazla təminatına əhəmiyyətli fayda verəcək”, - Şpanın məktubunda deyilir.

“E. on” energetika konserni hələ 2013-cü ildə Azərbaycanla Xəzər dənizindəki qaz yatağından təbii qazın təchizatı ilə əlaqədar uzunmeddətli müqavilə bağlayıb. Saziş özündə alman şirkəti tərəfindən 2020-2044-cü illər ərzində 1,45 milyard kub metr “mavi yanacağ”ın alışını ehtiva edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *