Kurginyan: Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib – VİDEO
1980-ci illərin sonlarında mən Bakıya gəldim. Burada nə hakimiyyətə, nə də ki demokratik müxalifətin apardığı təbliğata aid olmayan hadisələr baş verirdi. Bütün məsuliyyətlə deyə bilərəm ki, Sumqayıtda ermənilərin (ehtimal edək ki onlar erməni olublar) vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Vestnik Kavkaza” nəşrinə müsahibəsində politoloq Sergey Kurginyan deyib.
O bildirib ki, Sumqayıt hadisələrini törədənlərin hamısının adlarını, onların həmin vaxt hansı qurumlarda və indi hansı təşkilatlarda çalışdıqlarını bilir:
“Həmin insanlar erməniləri öldürürdülər və bu işə azərbaycanlıları qoşurdular, sonra azərbaycanlıları öldürürdülər və erməniləri bu işə qoşurdular. Daha sonra isə ermənilərlə azərbaycanlıları toqquşdururdular və nəticədə gərginlik yaranırdı. Biz bütün bunları görürdük, hadisələrin arxasında kimlərin dayandığını bilirdik”.
Mənbə:> Oxu.Az