Erməni diaspor rəhbəri debatdan qaçdı – VİDEO
Ukraynanın tanınmış jurnalisti Mıkola Veresnin aparıcılıq etdiyi “Radio Vesti”də Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadovla Ukrayna Erməniləri Birliyinin sədri Vilen Şavtaryon arasında debat təşkil edilib.
ANS PRESS-in məlumatına görə, Ukrayna Erməniləri Birliyinin sədri Vilen Şavtaryon debatda iştirak edəcəyini əvvəlcədən təsdiqləsə də proqram başlayanda efirə qatılmayıb.
Azərbaycan diaspor rəhbərinin iştirakı ilə davam edən proqramda H.Cavadov ermənilərin son vaxtlar cəbhə xəttində törətdikləri vəhşiliklərdən danışıb. H.Cavadov mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirlərinin görüldüyünü, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunduğunu bildirib.
Mart ayında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UADB) erməni təxribatının qarşısını alıb. UADB Ukraynanın paytaxtı Kiyevdə 4 azərbaycanlının avtomobil oğruluğuna görə tutulmasına rəsmi aydınlıq gətirilib. Məsələ barədə ANS PRESS-ə danışan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin birinci müavini Murad Cəfərov bildirdi ki, mediada azərbaycanlılardan ibarət dəstənin maşın oğurluğuna görə tutulmaları barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu xəbər təxribat xarakteri daşıyır.
Onun sözlərinə görə, xəbər yayılan kimi Ukrayna azərbaycanlıları diasporunun sədri Hikmət Cavadov və digər vəzifəli şəxs Şahin Qocayev cinayətkarların ad və soyadlarını müəyyənləşdirmək üçün dərhal Kiyev Şəhər Polis İdarəsinə müraciət ediblər: “Araşdırmalar zamanı tutulan şəxslərin azərbaycanlılar yox, ermənilər olduğu ortaya çıxdı. Düşünürən ki, təşkilatımızın Xocalı soyqırımı ilə bağlı keçirdiyi tədbir erməni diasporuna zərbə vurub və buna görə də ermənilər "hücuma" keçiblər”.
Mənbə:> ANSPRESS