Aİ Azərbaycana başsağlığı verdi
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
“Biz həyatını itirən insanların ailələrinin və Azərbaycan xalqının dərdinə şərik olub, yaralılara şəfa diləyirik”, - deyə nümayəndəliyin məlumatında deyilir.
Mənbə:> Oxu.Az