Poroşenko İlham Əliyevə başsağlığı verdi
Ukraynanın Prezidenti Pyotr Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, başsağlığında deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
“Günəşli” yatağındakı neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması barədə xəbəri böyük kədər hissi ilə qarşıladım.
Həlak olan insanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Bu kədərli günlərdə dost Azərbaycan xalqının ağrısına şərikik”.
Mənbə:> AzərTAc