Rusiyadan Türkiyəyə jest
Rusiya Türkiyədən bəzi kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağanı aradan qaldıracaq.
Bu barədə Rusiya Qida Təhlükəsizliyi qurumunun sözçüsü Yuliya Melano danışıb.
Melano 5 martdan etibarən Türkiyədən Rusiyaya bibər, badımcan, kələm nar və digər kənd təsərrüfatı məhsullarının idxalına icazə veriləcəyini bildirib.
Qeyd edək ki, Rusiya 2016-cı ildə Türkiyədən bir sıra kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymuşdu.
Mənbə:> Avropa.info