Kadırovun bu ölkəyə girişinə qadağa qoyuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Kadırovun bu ölkəyə girişinə qadağa qoyuldu

Kadırovun bu ölkəyə girişinə qadağa qoyuldu

Çeçenistan lideri Ramzan Kadırov və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Serqey Maqnitski” işi ilə əlaqədar, Latviyaya girişi qadağan olunan şəxslərin siyahısına daxil edilib.

Virtualaz.org bildirir ki, bu barədə Latviya KİV-i məlumat yayıb.

Bundan əvvəl, fevralın 22-də Latviya xarici işlər naziri Edqar Rinkeviç öz Twitter hesabında, 49 şəxsin Latviyaya səyahətinin qadağan olunduğunu göstərən yazı paylaşmışdı. Nazir bildirmişdi ki, qadağa Latviyanın miqrasiya qanunun 61-ci maddəsinin 2-ci hissəsi və baş nazirin 22 fevral tarixli qərarına uyğun olaraq seymin “Maqnitski işi” üzrə sanksiya çağırışı əsasında tətbiq olunub.

Siyahıya Çeçenistan lideri Ramzan Kadırovun, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin, Böyük Britaniya prokurorluğu tərəfindən sabiq FTX zabiti Aleksandr Litvinenkonun ölümündə təqsirləndirilən keçmiş Rusiya xüsusi xidmət orqanı əməkdaşı Andrey Luqovoyun və digər şəxslərin adları daxil edilib.

Layihə seymin xarici işlər üzrə komissiyası tərəfindən hazırlanıb.

Xatırladaq ki, fevralın 8-də seym hökuməti hüquqşünas Sergey Maqnitskinin işi ilə əlaqədar şəxslərə qarşı sanksiya tətbiqinə çağırıb. Qanun layihəsində seymin deputatları Rusiyanı Maqnitskinin ölüm hallarını lazımı səviyyədə araşdırmamaqda ittiham edib və Latviyanın daima insan haqları pozuntularına, maliyyə maxinasiyalarına və korrupsiyaya qarşı çıxdığını bəyan edib.

Xatırladaq ki, “Maqnitski aktı” 2012-ci ilin dekabrında qəbul edilib. Akt “Firestone Duncan” şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlılığı olan və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir. “Maqnitski siyahıs”ına daxil edilən şəxslərin bir qayda olaraq Qərb ölkələrinə girişinə qadağa tətbiq olunur, aktivlərinə isə həbs qoyulur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *