Qərb Türkiyəyə qarşı “B planı”nı işə saldı – Lavrovdan SOS » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Qərb Türkiyəyə qarşı “B planı”nı işə saldı – Lavrovdan SOS

Qərb Türkiyəyə qarşı “B planı”nı işə saldı – Lavrovdan SOS


Qərb Suriya üzrə Cenevrə prosesinin əvəzinə rejimin dəyişməsi üzrə plana keçmək istəyir.

TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serb həmkarı İvitsa Daçiçlə Belqradda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İsveç ve Küveyt tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına təqdim edilən və Suriyada humanitar yardımların göstərilməsi üçün 30 günlük atəşkəsin elan edilməsini nəzərdə tutan qətnamə layihəsini şərh edən Lavrov qeyd edib ki, sənədin məqsədi heç də dinc əhaliyə yardımların edilməsi deyil. Onun sözlərinə görə, qətnamə layihəsinin hədəfi “B planı”nı dövriyyəyə buraxmaq, xüsusilə Suriya iqtidarını devirməkdir.

“Terror qruplaşmalarını hasara almaq və oxları yenə də Dəməşqə yönəltmək bu təşəbbüsün müəlliflərinin hədəfidir”, - nazir deyib.

Lavrov qeyd edib ki, Rusiya ərəb respublikasında atəşin dayandırılması haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsinə baxmağa hazırdır, amma bu rejimin İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror qruplaşmalarına aid edilməməsini təklif edir.

Təklif edilən sənədin həmçinin Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına qarşı olduğu bildirilir. ABŞ və Avropa İttifaqı Ankaradan yanvarın 20-də başlayan əməliyyatın dayandırılmasını dəfələrlə tələb etsə də, rədd cavabı alıblar. Türkiyən əməliyyatın Afrinin PYD terrorçularından tamamilə təmizlənməsinə kimi davam edəcəyini bəyan edib.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *