Ekspert-şərqşünas: Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər
Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər.
Bunu Trend-ə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi İrina Zvyagelskaya deyib.
Ekspertin sözlərinə görə, indi əlavə neytral danışıqlar arenasına ehtiyac var: “Region üzrə tərəfdaşları ilə, xüsusilə də Rusiya, Türkiyə, İran və İsraillə, başqa sözlə, Suriya prosesinə cəlb olunan ölkələrlə tolerant dialoq aparmaq bacarıqlarını nəzərə alsaq, Azərbaycanın danışıqlar arenası kimi təşəbbüslərinə tələbat ola bilər”.
İ.Zvyagelskaya əlavə edib ki, bu kontekstdə Astananın təcrübəsi faydalıdır: “Azərbaycan regiondakı geostrateji mövqeyini nəzərə almaqla danışıqlar arenası qismində öz potensialını artıra bilər”.
Mənbə:> Virtualaz.org