Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəd oldu » AzNews.info -Xəbər portalı

Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəd oldu – FOTO

Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəd oldu


UEFA-nın rəsmi xəbər tərəfdaşı olan StadiumDB tərəfindən hazırlanan sorğuda 15 ölkədən 22 stadion 2015-ci ilin ən yaxşısı adını qazanmaq üçün mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, sorğu həm ictimaiyyət, həm də münsiflər arasında keçiriləcək.

İlk Avropa Oyunlarının Açılış, Bağlanış və Yüngül Atletika sessiyalarına, futbol üzrə milli komandaların oyunların ev sahibliyi edən Bakı Olimpiya Stadionu dünya səviyyəli idman qurğuları sırasında göstərilir.

Sorguda səs vermək üçün http://stadiumdb.com/competitions/stadium_of_the_year_2015 linkinə daxil olub ən yaxşı 5 Stadionu 5 müxtəlif xal ilə dəyərləndirmək lazımdır.

Sesvermə fevral ayının 19-u bitəcəkdir.

Bu tarixədək 5 ən yaxşı stadionunun seçiləcəyi səsvermədə hər kəs iştirak edə bilər. Hər bir kompüter və mobil telefondan yalnız bir səs qeydə alınacaq. Artıq 10000-ə yaxın futbol azərkeşinin səsvermədə iştirak etdiyi bildirilir.

Ən yaxşı stadion seçilməyin digər yolu isə münsiflərin rəyini qazanmaq olacaq. Münsiflər 5 ən məşhur stadionun memarlarından ibarətdir. Bunlar Sezar Azkarate, Kris Dayt, Endru Edc, Dipeş Patel və Joze Ribasdır, kimlər ki dünyanın ən görkəmli stadionların tikintisində yaxından iştirak etmişlər.

Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəd oldu
Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəd oldu
Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəd oldu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *