Rəsmi Moskva: Qarabağ münaqişəsinin həllini tapacağına ümid var
Biz ümid edirik ki, Qarabağ münaqişəsi öz həllini tapacaq.
Bunu Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova cümə axşamı keçirilən rəsmi brifinqdə bildirib.
O, belə bir bəyanatla rəsmi Moskvanın 2018-ci ilin yazında Rusiya, Ermənistan və Azərbaycandakı prezident seçkilərindən sonra Qarabağ münaqişəsinin həllinə ümid edib-etmədiyi barədə sualı cavablandıraraq çıxış edib.
“Bizdə ümid var ki, bu münaqişə həllini tapacaq. Və bildiyiniz kimi, biz, buna böyük diqqət ayırır, ən başlıcası isə - tərəflərin nəzərdə tutuduqlarının reallaşdırılması üzrə işdə fəal iştirak edirik”, - deyə, Rusiya XİN rəsmisi bildirib.
Mənbə:> Oxu.Az