Oruc Zalov: “Seçki kampaniyasının aparılmasına mane olanların qarşısı qətiyyətlə alınacaq”
"Sosial, dini, milli, irqi ayrı-seçkiliklə bağlı çağırışların qarşısının alınması üçün müvafiq planımız var".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.
O.Zalov deyib ki, bu gün rayonlarda sahə müvəkilləri seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başlayıblar.
Daxili işlər nazirinin müavini qeyd edib ki, daxili işlər nazirinin əmrinə əsasən fevralın 19-dan 27-dən əsasən Bakı, Gəncə Baş Polis idarələrində, Şirvan və digər böyük şəhərlərdə ətraf rayonların polis əməkdaşları da cəlb olunmaqla, zona müşavirələri keçiriləcək: "Şəffaf, demokratik seçki kampaniyasının aparılmasına heç kim mane ola bilməz. Belə fikrə düşənlər olsa da, qarşısı qətiyyətlə alınacaq".
Mənbə:> Virtualaz.org