Rusiya Ermənilər İttifaqı prezidentinin şirkətinə qarşı məhkəmə iddiası qaldırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Rusiya Ermənilər İttifaqı prezidentinin şirkətinə qarşı məhkəmə iddiası qaldırıldı

Rusiya Ermənilər İttifaqı prezidentinin şirkətinə qarşı məhkəmə iddiası qaldırıldı

Rusiya Ermənilər İttifaqının prezidenti Ara Abramyanın “Soqlasiye” (“Sövdələşmə”) şirkətinə qarşı məhkəmə iddiası hazırlanır.

“Report” xəbər verir ki, şirkət A.Abramyana məxsus olsa da, baş direktor kimi Andrey Çijikovun adı qeyd edilir.

Məlumata görə, 2011-ci ildə bu şirkət “Sərhədsiz xeyriyyə” fondunun həmtəsisçisi “Via Vitalis” şirkətinə Rusiyada böyrək xərçənginə qarşı dərman lisenziyası almaq üçün müraciət edib. Əvvəllər “Soqlasiye” aldığı dərmanların pulunu vaxtında ödəyirmiş. Ancaq bir müddət sonra onlar ödəmələri vaxtında versə də, sonradan əsas göstərmədən “Via Vitalis”in yüz minlərlə dollar məbləğində pulunu verməyib. Bu, “Via Vitalis”i müflis olma səviyyəsinə çatdırıb.

Şirkətin baş direktoru İrina Ratmanova “Soqlasiye”yə qarşı cinayət işinin açılması iddiası ilə məhkəməyə müraciət edib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *