Tofiq Yaqublu “Müsavat”dan çıxarılıb
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.
AzNews.info Report-a istinadən xəbər verir ki, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.
Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.
T.Yaqublu məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.
Mənbə:> Report