Deputat Musabəyov Ermənistan mətbuatında: “20 ildən çoxdur vəzifədə olan məmurlar seçkilərdən sonra gedəcək...” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Deputat Musabəyov Ermənistan mətbuatında: “20 ildən çoxdur vəzifədə olan məmurlar seçkilərdən sonra gedəcək...”

Deputat Musabəyov Ermənistan mətbuatında: “20 ildən çoxdur vəzifədə olan məmurlar seçkilərdən sonra gedəcək...”

“Əlbətdə, Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsində daxili siyasət aspekti də var, lakin bu müxalifətdən irəli gələn təhlükə ilə əlaqəli deyil. Azərbaycanda hakim elitanın və birinci şəxslərin vəziyyəti yeri gəlmişkən Ermənistanda olduğu kimi, əlçatmazdır”.

Virtualaz.org xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Ermənistanın yarırəsmi “Arminfo” agentliyinə müsahibəsində deyib.

Musabəyov xatırladıb ki, Konstitusiyaya görə seçkilərdən sonra Azərbaycanda Nazirlər Kabineti tam tərkibdə istefaya getməlidir. Və hökumətin tərkibində həm struktur, həm kadr dəyişiklikləri gözlənilir. “Axı orada öz postlarını 20 ildən çoxur tutan xeyli yaşlı məmurlar var”-deputat deyib.

R.Musabəyov seçkilərin Qarabağ münaqişəsinin nizamlanmasına mümkün təsirləri barədə də danışıb. Deyib ki, Azərbaycandakı seçkilərdən sonra nizamlanma prosesində qarşılıqlı komromislər tamamilə realdır. Onun fikrincə tərəflər münaqişənin həllinə mərhələlərlə, qarşılıqlı güzəştlərlə və əvəzində müəyyən bonuslar əldə etməklə irəliləyə bilərlər.

Deputat Musabəyov Ermənistan mətbuatında: “20 ildən çoxdur vəzifədə olan məmurlar seçkilərdən sonra gedəcək...”


“Yəni tərəflər dərhal hər şeyi əldə etmir, addım-addım, güzəştlərə gedə-gedə həllə yaxınlaşır. Məsələn, “çərçivə razılaşması”nın qəbulundan dərhal sonra birinci mərhələdə 2-3 rayon boşaldılır, əvəzində Azərbaycan və Türkiyə Ermənistanla bütün kommunikasiyaları açır. Bu, elə də az deyil. Xüsusən nəzərə alanda ki, Ermənistan Türkiyə üzərindən Avropaya və Yaxın Şərqə, Azərbaycan üzərindən isə İrana və Rusiyaya dəmir yol çıxışı əldə edir. Dağlıq Qarabağ aviasiya reysləri üçün Bakıdan razılıq alır”-deputat deyib.

Musabəyov hesab edir ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi və qarşıdurmanın azalması tərəflərə növbəti addıma keçməyə imkan verəcək. Bu mərhələdə Dağlıq Qarabağın aralıq statusu razılaşdırılacaq və Xankəndini siyasi dialoqa qoşmaq mümkün olacaq, xarici bazarlara çıxış imkanı əldə etməklə təsərrüfat-iqtisadi fəaliyyətinin yolu açılacaq.

“Əvəzində isə daha 2-3 rayonun işğaldan azad edilməsini həyata keçirmək mümkündür. Nizamlama prosesində pozitiv dinamikanı təmin etmək mümkündür və artan qarşılıqlı etimad atmosferində bu gün həlli mümkün görünməyən bir çox məsələləri həll etmək olar”-Musabəyov əlavə edib.

Deputat Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun seçkilərin vaxtının dəyişdirilməsinin səbəbləri barədə sensasion bəyanatını da şərh edib. Məmmədov demişdi ki, bu qərar regionda və Cənubi Qafqazda “artan təhdidlər və getdikcə sürətlənən təhlükəli proseslərlə” bağlıdır.

“Görünür Yaxın Şərqdə, İraq və Suriyada, İrandakı vəziyyət nəzərdə tutulur. Habelə Rusiya ilə ABŞ, NATO arasında artan qarşıdurma. Bu proseslərin neqativ ssenariyə keçmək ehtimalı yüksəkdir və Azərbaycanın çoxvektorlu balanslı xarici siyasəti, Ermənistanın isə xarici siyasət “komplementarizmi” çətinləşəcək.

“Bizi bu və ya digər tərəfi seçməyə məcbur edəcəklər. Bundan yayınmaq isə təzyiqlərin artmasına gətirib çıxaracaq. Həm Moskva, həm Vaşinqton və Brüssel tərəfdən. Bu da regiona həm təhlükəsizlik, həm inkişaf baxımından yaxşı heç nə vəd etmir”-Musabəyov Ermənistan KİV-nə müsahibəsini yekunlaşdırıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *