Rasim Musabəyov: "Seçkilərin vaxtının dəyişdirilməsi Qarabağ üzrə güzəştlərlə bağlıdır" » AzNews.info -Xəbər portalı

Rasim Musabəyov: "Seçkilərin vaxtının dəyişdirilməsi Qarabağ üzrə güzəştlərlə bağlıdır"

Rasim Musabəyov: "Seçkilərin vaxtının dəyişdirilməsi Qarabağ üzrə güzəştlərlə bağlıdır"

Prezident seçkilərinin vaxtının dəyişdirilməsi Qarabağ üzrə güzəştlərlə bağlıdır.

Virtualaz.org "Kafkazskiy uzel”ə istinadən bildirir ki, belə bir bəyanatla növbədənkənar seçkilərin elanı haqda Azərbaycan Prezidentinin sərəncamını şərh edərkən Milli Məclisin deputatı Rasim Musabəyov çıxış edib.

“Səbəb həm də Ermənistanda 2018-ci il aprelin sonunda dövlət başçısının artıq prezident deyil, parlament çoxluğunun təyin etdiyi baş nazirin olması nəticəsində ali hakimiyyətin formatının dəyişməsi də ola bilər.

Yəni Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Azərbaycanda oktyabrda prezident seçkilərinin gözlənməsi bəhanəsi ilə uzanmaması üçün onların vaxtını da aprelə dəyişmək qərarına gəliblər. Ola bilər ki, çətin, sıçrayış xarakterli güzəştlər gözlənilir və onları prezident seçkilərindən sonra həyata keçirmək daha yaxşıdır.

Əgər Qarabağ probleminin həlli ilə bağlı vacib qərarların qəbul edilməsi ilin sonuna təxirə salınsa, danışıqların tempi aşağı düşə və sülh tənzimlənməsi prosesi yenidən nəticəsiz qala bilər", - deyə deputatın "Kafkaskiy uzel” saytında dərc edilən bəyanatında vurğulanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *