Putinin Qarabağ planı açıqlandı » AzNews.info -Xəbər portalı

Putinin Qarabağ planı açıqlandı – DİPLOMATIK MƏNBƏLƏR

Putinin Qarabağ planı açıqlandı


Ermənistanın ANİ araşdırmalar mərkəzi (rəhbəri Qarabağ üzrə ekspert Tatul Akopyandır) bəyan edir ki, diplomatik mənbələrdən Rusiya prezidentinin Qarabağ nizamlanmasına dair tərəflərə təqdim etdiyi planı əldə edib. Virtualaz.org xəbər verir ki, plana əsasən Rusiya münaqişənin aralıq həll variantını tapmağa çalışır və tərəflərə öz ideyasını verib. Bu haqda vereleq.am saytı yazır.

İddia olunur ki, həmin nizamlama planı ilə prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov tərəfləri tanış ediblər. Əslində planda yeni heç nə yoxdur, ancaq münaqişənin mərhələli həllini nəzərdə tutur və 1997-ci ildə tərəflərə təqdim edilmiş plana yaxındır.

Putinin planı iki əsas paketdən ibarətdir.

Birincisi: erməni qüvvələri işğal edilmiş rayonların 5-dən (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) çıxarılır.

İkincisi: Dağlıq Qarabağ möhkəm aralıq status əldə edir, bu status regionun Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutmur, ancaq həmin status o demək deyil ki, Dağlıq Qarabağ görünən gələcəkdə müstəqillik əldə edəcək.

Mərkəzin məlumatına görə Madrid prinsiplərində və Kazan sənədində əksini tapmış öz müqəddəratını təyinetmə hüququ nizamlama paketindən çıxarılmayıb, ancaq Putinin planında Dağlıq Qarabağda referendumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.

Bildirilir ki, Azərbaycan ərazilərin qaytarılması-statusun müəyyən edilməsi formuluna razıdır, ancaq bunda israr edir ki, Qarabağ formal da olsa Azərbaycanın tərkibində olmalıdır. Çünki Konstitusiyanın dəyişdirilməsi mümkün deyil. Əgər Azərbaycan Kazan sənədinə razılıq versəydi o zaman ilk növbədə Konstitusiyanı dəyişdirməliydi.

Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını nəzərdə tutan hansısa variantla razı deyil. Bu səbəbdən Rusiya tərəfi yeni yanaşma təklif edir: 5 rayon-əvəzində Madrid prinsiplərində təklif olunan aralıq statusdan daha möhkəm status. Bundan əlavə Putinin təkliflərində Kəlbəcər və Laçının qaytarılması barədə heç nə deyilmir.

Xatırladaq ki, prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşündən sonra Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov tərəflərin əvvəl 5 rayonunun, daha sonra 2 rayonunun qaytarılmasına dair mərhələli plan əsasında danışıqları davam etdirməyə razılıq verdiyini açıqlayıb. Rusiya XİN isə N.Məmmədovu “görüşün nəticələrini təhrif etməkdə” günahlandırıb.

Bununla belə 5 rayonun birinci mərhələdə qaytarılmasını nəzərdə tutan nizamlama planının Rusiya tərəfindən tərəflərə təqdim edildiyi haqda məlumatlar çoxdandır yayılırdı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *