Polşada Saakaşviliyə dövlət mühafizəsi ayrıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Polşada Saakaşviliyə dövlət mühafizəsi ayrıldı – VİDEO

Polşada Saakaşviliyə dövlət mühafizəsi ayrıldı

Mixail Saakaşvili bildirib ki, Polşada ona dövlət mühafizəsi ayrılıb.

"Rustavi-2" televiziya şirkətinə müsahibəsində o deyib ki, onu "Polşada çox mehribanlıqla qarşılayıblar".

"Məni qonaqpərvərliklə qəbul etdilər, mənimlə artıq Polşa parlamentinin deputatları görüşüblər. Mən ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə danışdım, mənə dövlət mühafizəsini ayırdılar", - M.Saakaşvili vurğulayıb.

***22:07

Mixail Saakaşvili Newsone telekanalının translyasiya etdiyi telefon söhbətində bazar ertəsi Ukraynadan çıxarılması və indi Varşavada olması barədə yayılan xəbərləri təsdiqləyib.

Sabiq-qubernator, həmçinin tutulmasının detallarını açıqlayıb. M.Saakaşvili qeyd edib ki, maskalı adamlar onu Kiyevdə tutaraq qollarını burub, gözlərini və əllərini bağlayıblar. Sonra vertolyotla Borispol aeroportuna aparıblar. Orada isə təyyarəyə mindirərək Polşa paytaxtına gətiriblər.

"Bu, Poroşenkonun xırda, ucuz “boşanmasıdır”. Bu alçaq barıqa Ukraynanı məhv etmək istəyir. Onu ki, onlar etdilər, - bu onların məğlubiyyətidir", - deyə Saakaşvili vurğulayıb.

***20:42



Mixail Saakaşvili artıq Polşa ərazisindədir.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Polşa Dövlət Sərhəd Xidmətindən bildirilib.

“Polşa Ukrayna hökumətinin müvafiq müraciəti əsasında M.Saakaşvilini qəbul edib”, - məlumatda deyilir.

Xatırladaq ki, bir az əvvəl Mixail Saakaşvilinin müdafiəçiləri bildirmişdilər ki, Polşa siyasətçinin qayıdışına razılıq verməyib, buna görə də readmissiya proseduru qeyri-mümkündür.

***19:44

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vaxtı ilə saat 16 radələrində (Bakı vaxtı ilə 18.00-da) Polşaya uçub.

Virtualaz.org bildirir ki, bu barədə TSN.ua xəbər yayıb.

Saytın mənbəsi həmçinin bildirib ki, bu deportasiya deyil, readmissiya - qeyri-leqalın gəldiyi ölkəyə qaytarılmasıdır.

**17:54

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində, "Suluquni" restoranının yaxınlığında saxlanılıb.

Unian.net xəbər verir ki, bunu onun dostu David Sakvarelidze deyib. O bildirib ki, M.Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb

Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M.Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

Xatırladaq ki, Kiyev məhkəməsi M.Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *