Federal Təhqiqatlar Bürosunun direktor müavini istefa verib
Federal Təhqiqatlar Bürosunun direktor müavini Endryu Makkeyb istefa verib. Bu barədə NBC telekanalı məlumat verib.
E.Makkeyb ötən ilin may-avqust aylarında FTB direktorunun səlahiyyətlərini icra edib. İstefanın səbəbləri hələ ki, açıqlanmır.
“The New York Times” qəzetinə görə, Endryu Makkeyb Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmada fəal iştirak edib.
Mənbə:> Virtualaz.org