Nyu-York prokuroru istefa verib
Nyu-Yorkun şərq dairəsinin prokuroru Robert Keypers ABŞ-ın Ədliyyə naziri Ceff Seşns Barak Obama dövründən qalan 46 federal prokuroru istefa verməyə çağırmasından bir neçə saat sonra vəzifəsindən istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə prokurorluq tərəfindən yayılan məlumatda bildirilir.
“Günün ikinci yarısında 2017-ci ilin mart ayının 10-dan etibarən ABŞ prokuroru vəzifəsindən istefa verməyimə dair göstəriş aldım. Ölkəmə, Nyu-York şəhərinə və bu əyalətin insanlarına 14 il xidmət etməyimlə şərəf duyuram. Bu 14 ilin 17 ayını prokuror kimi çalışmışam. Bricit Roud prokurorun vəzifəsini icra edəcək”, - məlumatda deyilir.
Keypers prokuror vəzifəsinə 2016-cı ilin yanvarında gəlib. Onun namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülmüşdü.
Mənbə:> Oxu.Az