Venediktov ABŞ-da olub, sanksiya siyahısında azərbaycanlı oliqarxın adını görüb... » AzNews.info -Xəbər portalı

Venediktov ABŞ-da olub, sanksiya siyahısında azərbaycanlı oliqarxın adını görüb...

Venediktov ABŞ-da olub, sanksiya siyahısında azərbaycanlı oliqarxın adını görüb...

“Exo Moskva” radiostansiyasının baş redaktoru prezdent Vladimir Putinin iqtisadi məsələlər üzrə keçmiş müşaviri Andrey İllarionovun ABŞ-da bəzi oliqarxları və yüksək vəzifəli məmurları yeni sanksiya siyahısından kənarda saxlamaq üçün lobbiçiliklə məşğul olduğunu təsdiqləyib.

Virtualaz.org xəbər verir ki, bundan əvvəl həmin informasiyanı radiostansiyanın əməkdaşı Karina Orlova sosial şəbəkələrdə yaymışdı. Bildirmişdi ki, İllarionov və ABŞ dövlət katibinin keçmiş köməkçisi Daniel Frid bir sıra oliqarxları və məmurları sanksiyalardan qorumaq üçün pulla lobbiçilik edir. Jurnalistin məlumatına görə bu lobbiçilər qrupuna “Yabloko” partiyasının keçmiş fəalı Andre Piontkovski və isveçli iqtisadçı Anders Oslund da daxildir.

Venediktov ABŞ-da olub, sanksiya siyahısında azərbaycanlı oliqarxın adını görüb...


Lakin bu məlumatın yayılmasından sonra İllarionov “Exo Moskva”nın əməkdaşını “Kremlə işləməkdə və onun fəaliyyətinə kölgə salmaq cəhdində” ittiham etmişdi.

Xəbər verildiyi kimi “Kreml hesabatı” adlı siyahı yanvarın 29-dan gec olmayaraq Konqresə təqdim olunmalıdır. Bu siyahıda Kremlə yaxın oliqarxların və bir sıra yüksək vəzifəli məmurların adları yer alacaq. Həmin siyahıya düşən şəxslərə ABŞ tərəfindən gizli və ya açıq formada sanksiyaların tətbiqi gözlənilir. Bu siyahı rusiyalı oliqarxların arasında böyük təşvişə səbəb olub və onların bir qismi Kremldən məsafə saxlamağa çalışır, yaxud lobbiçilərin xidmətindən istifadə edərək adlarının siyahıda yer almaması üçün pul xərcləyir.

Venediktov ABŞ-da olub, sanksiya siyahısında azərbaycanlı oliqarxın adını görüb...


Aleksey Venediktov “Exo Moskva”nın efirində İllarionovun tənqidlərinə cavab verib və deyib ki, heç kimə onun jurnalistinə toxunmağa imkan verməyəcək. Venedtiktovun sözlərinə görə, o özü mühazirə ilə çıxış etmək üçün ABŞ-da səfərdə olub. Orada Daniel Frid, Anders Oslund və Andre Piontkovski ilə görüşüb. Və “tövsiyə xarakterli sənədi” görüb və orada Mixail Potanin, Mixail Fridman, Roman Abramoviç, Vahid Ələkbərov da daxil olmaqla bir sıra “Yeltsin dövrü oliqarxlarının” adlarının yer aldığının şahidi olub.

Xatırladaq ki, bundan əvvəl yayılan informasiyaalra görə siyahıda 450-yə yaxın oliqarxın və məmurun adları yer alır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *