Rusiya aviasiyası Suriyada terrorçuların liderlərini məhv etdi
Suriyanın Hələb vilayətində terrorçuların dörd səhra komandiri məhv edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin hücumu nəticəsində “Hayat Tahrir əş-Şam” qruplaşmasının komandirləri Əbu Musab Suri, Əbu Məhəmməd əz-Zayim, Əbu Bəsir Dar Azza və Əbu Ubayda zərərsizləşdirilib.
Məhv edilən yaraqlılar Əbu əd-Duhur şəhərində ekstremistlərin fəaliyyətinə nəzarət edirdilər.
Mənbə:> Oxu.Az