İsrail ərəb ölkələrinə uzanan dəmir yolu çəkir
İsrail hökuməti yeni dəmir yolu inşa edir.
"Ölkə.Az" xəbər verir ki, dəmir yolu İsraili bir sıra ərəb ölkələri ilə birləşdirəcək. Bu barədə xəbəri "Yedioth Ahronoth" qəzeti yazıb.
Qəzetin xəbərinə əsasən, dəmir yolu İsraili İordaniya, İraq və Səudiyyə Ərəbistanı ilə birləşdirəcək. Bildirilir ki, dəmir yolunun İsrail ərazisindəki uzunluğu 15 km olacaq. Bundan başqa körpü və yeraltı tunellər də inşa ediləcək.
İsrail hökuməti 2019-cu ildə bu layihəyə büdcədən 4.5 milyon dollar ayıracaq.
Mənbə:> Ölkə.Az