BMT-nin baş katibi “qırmızı həyəcan” siqnalını verdi
BMT-nin baş katibi Antoniu Quterriş Yeni il müraciətində “qırmızı həyəcan” siqnalı verib və bəşəriyyəti gözləyən əsas təhlükələri açıqlayıb.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, o qeyd edib ki, nüvə silahı ilə bağlı qlobal təhlükə soyuq müharibə dövründən ilk dəfə ən yüksək həddə çatıb.
“İqlim biz gözlədiyimizdən tez dəyişir, bərabərsizlik artır. Biz insan hüquqlarının pozulması, nasizm və ksenofobiya çoxalmasını müşahidə edirik”,- Quterriş əlavə edib.
Onun sözlərinə görə, dünya bir addım geriləyib, lakin dünya liderləri birləşsə təhlükəsizliyi təmin etmək mümkün olar.
Mənbə:> Oxu.Az